28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası başlayıb.
YeniAvropa xəbər verir ki, iclasa parlamentdə ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının(MHP) sədri Dövlət Bağçalı sədrlik edir.
İclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.
Toplantıda yeni seçilən deputatlar and içəcəklər.
Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezidenti seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Cümhuriyyət Xalq Partiyası (CHP) 169, Yaşıl Sol Partiyası 61, Milliyyətçi Hərəkat Partiyası 50, İYİ Partiya 43, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası 4 deputat yeri qazanıb.