logo

Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır

12:22 02-06-2023 | icon 3479
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır

Bu gün Türkiyə Böyük Millət Məclisində 28-ci dönəm başlayacaq. Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri, parlamentin ən yaşlı üzvü Dövlət Baxçalının sədrliyi ilə keçiriləcək ilk iclasda millət vəkilləri əlifba sırası ilə and içəcəklər.

 YeniAvropa "TRT" telekanalına istinadla xəbər verir ki, Böyük Millət Məclisinin açılışında prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Dövlət başçısı andiçmə mərasimini onun üçün ayrılmış lojadan izləyəcək.

Cümə günü yerli vaxtla saat 14.00-da başlayacaq andiçmə mərasiminin gecə yarısına qədər davam etməsi gözlənilir. İyunun 3-də isə prezident Rəcəb Tayyib Ərdoğan parlamentdə and içəcək. O, kabinetini elan etdikdən bir gün sonra yeni nazirlər Böyük Millət Məclisinə gedərək and içəcəklər.

Deputatların andiçmə mərasimi ilə parlament sədrinin seçilməsi prosesi də başlayacaq.