İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev mayın 31-də “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubu ünvanlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məktubda deyilir: "Hörmətli sərgi və forum iştirakçıları!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi Xəzər regionunun bir sıra nüfuzlu enerji tədbirlərini özündə birləşdirən “Bakı Enerji Həftəsi”nin işə başlaması münasibətilə salamlayır və bu çərçivədə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.
Əminəm ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcəkdir.
“Bakı Enerji Həftəsi”ndə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 28-ci Bakı Enerji Forumu kimi mötəbər tədbirlər nəzərdə tutulur. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpaolunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir.
Builki “Bakı Enerji Həftəsi” Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir. Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf etmişdir. Məhz həmin il imzalanmış “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaratmışdır. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.
Son illərdə enerji istehsalı texnologiyalarının davamlı inkişafı, eləcə də qlobal iqlim hədəfləri dünyanın aparıcı ölkələrində enerji siyasətinin əsas istiqamətlərindən olan “yaşıl enerji”yə keçidi sürətləndirməkdədir. Ölkəmiz malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpaolunan enerji istehsalının artırılmasına, dekarbonizasiya və enerji mənbələrinin şaxələndirilməsi kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və “yaşıl enerji”nin ‒ hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir.
“Yaşıl enerji”nin inkişafına yönəlmiş layihələrin ölkədə artıq işə salınması “Cənub Qaz Dəhlizi” kimi iri layihənin analoqu hesab olunan “yaşıl enerji dəhlizi” yaratmaq üçün mühüm fürsətdir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcəkdir.
Enerji keçidində “Cənub Qaz Dəhlizi” layihəsinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilmişdir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir.
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan belə qlobal əhəmiyyətli tədbirə uzun müddətdir ev sahibliyi edir. İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forum dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir.
“Bakı Enerji Həftəsi”nin uğurlarının davamlı olmasını diləyir və fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm!"
Azərbaycan Ermənistan 30 ildə apardığı işğal siyasəti səhifəsini çevirməyə hazırdır-Hikmət Hacıyev
2024-cü ildə də manatın məzənnəsi sabit qalacaq
XİN: Fransa xarici işlər nazirinin açıqlamaları bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib
İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub-Elçin Əmirbəyov
Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edilib
Yevlax görüşünə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması
Türkiyə Milli Müdafiə Nazirliyi: Azərbaycanın yanında olmaqda davam edəcəyik
İlin sonunadək Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Azərbaycanın gələn il dövlət büdcəsi 33,8 milyard manat proqnozlaşdırılır
Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş başa çatıb
Azərbaycanın gələn il üçün müdafiə xərcləri artırılır
Azərbaycan millisi FİFA reytinqində 121-ci sırada qərarlaşıb
Sabah Bakıda 27° isti olacaq
Xankəndi istiqamətində hücuma keçməmişik-TƏKZİB
Türkiyənin müdafiə naziri Zakir Həsənovu təbrik edib
Azərbaycan və Özbəkistanın həmkarlar ittifaqları memorandum imzalayıb
Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə görüş davam edir
Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək
Azərbaycan nefti 101,20 dollara satılır
İstefa verməyəcəyəm-Nikol Paşinyan
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Dünya çempionatı:Yunan-roma güləşçilərimiz mübarizəyə başlayır
Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürüb
Bakıda Asiya Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilir