logo

Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi bəlli olub

11:01 31-05-2023 | icon 1729
Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi bəlli olub

Mayın 23-də Yevlax rayonunda özünü sürət qatarının altına ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib.

YeniAvropa xəbər verir ki, aparılan araşdırmalar nəticəsində, onun Mingəçevir şəhər sakini, 1959-cu il təvəllüdlü Bayramov Faiq Qəhrəman oğlu olduğu dəqiqləşib.

Onun intihar məqsədi ilə özünü qatarın altına atdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mayın 23-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.