logo

Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb

19:20 30-05-2023 | icon 3003
Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik İslandiyadan Latviyaya ötürülüb.

YeniAvropa xəbər verir ki, Latviyanın xarici işlər naziri Edqar Rinkeviç ölkəsinin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi böyük məsuliyyət hissi ilə icra edəcəyini bildirib. Qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra Avropada insan haqları, demokratiya və qanunun aliliyini müdafiə etmək üçün yaradılmış Avropa Şurası Latviyanın müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində də mühüm rol oynayıb.

Bu gün Rusiyanın Ukraynaya təcavüzünün Avropada sülh və təhlükəsizliyə təhdid olduğunu deyən Latviya xarici işlər naziri vurğulayıb ki, ölkəsinin sədrliyinin əsas missiyası Avropa Şurasının 4-cü Zirvə görüşündə qəbul edilmiş qərarların icrasına başlamaq olacaq. İllər ərzində əldə etdiyi təcrübəsinə əsaslanaraq Avropa Şurası azadlıq mübarizəsində Ukraynaya hərtərəfli dəstək verməlidir.

Avropa Şurasının fəal üzvü olan Latviya təşkilatın siyasi rolunu, təsirini gücləndirmək üçün bütün üzv dövlətlərlə birgə işləyəcək.