Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb.
YeniAvropa xəbər verir ki, nəticələri mayın 30-da ölkənin Yüksək Seçim Kurumunun rəhbəri Ahmet Yener elan edib.
Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) parlamentdəki 600 deputat yerindən 268-nə sahib olub. Eləcə də Cümhuriyyət Xalq Partiyası (CHP) 169 , Yaşıl Sol Partiyası 61, Milliyyətçi Hərəkat Partiyası 50, İYİ Partiya 43 , Yenidən Rifah Partiyası 5 və Türkiyə İşçi Partiyası 4 deputat yeri qazanıb.
Qeyd edək ki, Türkiyədə parlament seçkiləri mayın 14-də keçirilib.