logo

Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb

12:22 30-05-2023 | icon 3150
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb

Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər.

YeniAvropa xəbər verir ki, bu barədə “CNNTurk” məlumat yayıb.

Yüksək Seçim Kurulu bu gün parlament seçkilərinin yekun nəticələrini açıqlayacaq.

İyunun 2-də millət vəkilləri Böyük Millət Məclisində and içəcək. 5 gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək.

Məlumata görə, R.T.Ərdoğan ya iyunun 2-də, ya da iyunun 6-da Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək.

Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.