Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb. Bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak mətbuata açıqlamasında bildirib.
“Artıq bir neçə gündür əks-hücum başlayıb, sərhədin 1500 kilometrində gərgin müharibə gedir”, - deyə Podolyak əlavə edib.
Qərb silahlarının tədarükünə də münasibət bildirib Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək, onlardan yalnız zəbt olunmuş ərazilərin işğaldan azad edilməsi üçün istifadə edəcək.