Məmləkət Partiyasının sədri, Türkiyə prezidentliyinə keçmiş namizəd Muharrem İncə xəstəxanaya yerləşdirilib.
YeniAvropa xəbər verir ki, bu barədə siyasətçi özünün "Twitter" hesabında məlumat paylaşıb. O, palatada siyasətdən kənar olduğunu qeyd edib.
Xatırladaq ki, Muharrem İncə prezident seçkisinə 3 gün qalmış-mayın 11-də prezidentliyə namizədliyini geri götürüb.