logo

6 qadın boksçumuz Polşada beynəlxalq yarışda iştirak edir

11:55 22-05-2023 | icon 2954
6 qadın boksçumuz Polşada beynəlxalq yarışda iştirak edir

Bu gün Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

 YeniAvropa xəbər verir ki,  mayın 22-dən 26-dək davam edəcək yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunur.

Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq. Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.