Dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzində italiyalı musiqiçi Luiza Sellonun Yeni il münasibətilə konsert proqramı təşkil olunub.YeniAvropa xəbər verir ki, konsert Beynəlxalq Muğam Mərkəzi və “United Cultures”in təşkilatçılığı, İtaliyanın Mədəniyyət Nazirliyinin dəstəyi və Friulia-Venezia-Giuliya regionunun tərəfdaşlığı ilə reallaşıb.
Konsertdə tanınmış klassik musiqi bəstəkarları - Cakino Rossini, Jorj Bize və V.A.Mosartın kompozisiyaları, həm də müasir dövrün bəstəkarlarından Ennio Marikone və Valter Silviottinin musiqiləri səsləndirilib.
Luiza Sello Stefano Muskaritolo və Kəmalə Əlizadənin məhz bu konsert üçün bəstələdikləri musiqi parçalarını azərbaycanlı musiqiçilərlə birlikdə ifa edib. Kompozisiyalardan biri azərbaycanlı kontr-tenor İlham Nəzərov tərəfindən ifa olunub.
Konsertdə Luisa Sello tarzən Sahib Paşayevlə birlikdə Kəmala Əlizadə və Stefano Muskaritolo tərəfindən tərtib olunmuş, xüsusi İtaliya və Azərbaycan etnik ənənələrini özündə əks etdirən parçalardan ibarət musiqi sintezini də təqdim edib.
Tamaşaçılar italiyalı musiqiçi Luiza Sellonun çıxışını alqışlarla qarşılayıblar.