logo

Ukraynanın NATO-ya daxil olmasına bütün üzv ölkələr razıdır-Baş katib

16:26 18-05-2023 | icon 3248
Ukraynanın NATO-ya daxil olmasına bütün üzv ölkələr razıdır-Baş katib

Şimali Atlantika Alyansının bütün ölkələri Ukraynanın NATO-ya üzv qəbul olmasına razıdır.

YeniAvropa xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bunu “Der Spiegel” nəşrinə müsahibəsində deyib.

“Şimali Atlantika Alyansının bütün ölkələri Ukraynanın NATO-ya üzv olması ilə razıdır. Onlar artıq bu istəklərini ötən il keçirilən sammitdə qeyd edib və dekabrda təsdiqləyiblər”, - deyə Yens Stoltenberq alyansın iyul sammitindən nə gözlədiyi barədə suala cavab verərkən bildirib.

“Hazırda ən ümdə vəzifəmiz bu müharibədə Kiyevə kömək göstərməkdir”, - deyə baş katib əlavə edib.