logo

İkinci turu bizim üçün daha asan olacaq- İbrahim Kalın

13:31 16-05-2023 | icon 2856
İkinci turu bizim üçün daha asan olacaq- İbrahim Kalın

Seçkilərin ikinci turu bizim üçün daha asan olacaq”.

 YeniAvropa xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “A Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Cümhur İttifaqı” ilə “Millət İttifaqı”nın səsləri arasında ciddi fərq var.

İ.Kalın "Cümhur İttifaqı"nın bütün tərəfdarlarını səsvermə prosesində iştirak etməyə və səslərinə sahib çıxmağa çağırıb.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi ölkənin 13-cü prezidenti olacaq.

İlk turda Türkiyənin hazırkı prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. Digər namizəd-"ATA" ittifaqının təmsilçisi Sinan Oğan isə 5,17% səs qazanıb.