Rusiya mediası Bryansk vilayətində bu gün daha bir “Mi-8” helikopterinin qəzaya uğradığını bildirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, helikopter Bryanskın Uçensk rayonu yaxınlığında Volkustiçi kəndinə düşüb.
“Mash” internet nəşrinin yaydığı xəbərə görə, mayın 13-də Brayansk səmasında iki “Mi-8” helikopteri, “Su-34” və “Su-35” qırıcı təyyarələri qəzaya uğrayıb. İlkin məlumata görə, onlar döyüş əməliyyatından qayıdarkən yerdən vurulub.
Bryansk vilayətində axtarış əməliyyatları aparılır.