Böyük Britaniya Kiyevə əsasən təyyarədən atılan uzaq mənzilli “Storm Shadow” qanadlı raketləri verib.
YeniAvropa "CNN" telekanalına istinadla xəbər verir ki, “Storm Shadow” raketləri gözlənilən əks-hücum ərəfəsində Ukrayna ordusuna uzaq məsafədəki hədəflərə zərbə endirmək imkanı yaradır. Mənbələrin məlumatına görə, Kiyev bu raketlər vasitəsilə Rusiya ərazisinə zərbə endirməmək öhdəliyi götürüb.
Ukraynaya verilən ixrac variantlı “Storm Shadow” qanadlı raketləri 290 kilometrdəki hədəfləri dəqiq atəşlə məhv edə bilir. O, hədəfinə ərazinin kartoqrafik oriyentiri və ya GPS vasitəsi ilə yönəldilir. Həmin raketin uçuş məsafəsi ABŞ-nin Ukraynaya verməkdən imtina etdiyi ATACMS raketlərindən bir az geri qalır. “Storm Shadow” qanadlı raketinin 560 kilometr mənzilli modifikasiyası da mövcuddur.
Rusiya Prezidentinin mətbuat Katibi Dmitri Peskov Böyük Britaniyanın Kiyevə uzaq mənzilli raket tədarükünə Kreml tərəfindən adekvat cavab veriləcəyini bildirib.