logo

“MiG-21” qırıcı təyyarısi yaşayış evinə düşüb:3 nəfər ölüb

13:53 08-05-2023 | icon 2604
“MiG-21” qırıcı təyyarısi yaşayış evinə düşüb:3 nəfər ölüb

Hindistan hərbi hava qüvvələrinə məxsus “MiG-21” qırıcı təyyarəsi ölkənin şimal-qərbindəki Racastan ştatında qəzaya uğrayaraq yaşayış zonasında evin üstünə düşüb. Nəticədə üç mülki şəxs ölüb, iki nəfər xəsarət alıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Hanumanqarh şəhərinin Bahlolnaqar kəndində baş verib. Təyyarə səhər saatlarında Suratqarh hərbi hava bazasından təlim məqsədilə havaya qalxdıqdan bir qədər sonra pilot texniki nasazlıq barədə məruzə edib. Az sonra qəza baş verib. Qəzadan əvvəl katapult edən pilot yüngül xəsarət alıb.

“India Today” nəşrinin məlumatına əsasən, 1963-cü ildə sovet istehsalı “MiG-21” qırıcılarının Hindistan hərbi qüvvələrinin istismarına verilməsindən bəri 400-dən çox “MiG-21” təyyarəsi qəzaya uğrayıb. Nəticədə təxminən 200 pilot və 60 mülki şəxs ölüb. Bu səbəbdən həmin təyyarələri Hindistanda “Uçan məzar” adlandırırlar. Maraqlı məqam odur ki, qəzaya uğramış “MiG-21” qırıcılarının 60 faizi Hindistanda yığılıb.