Bakıda ticarət mərkəzlərinin birində “Hindistan Günləri” adlı sərgi açılıb.
YeniAvropa xəbər verir ki, sərginin açılışda Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Şridharan Madhusudhanan iştirak edib.
Tədbir zamanı qonaqlar Hindistan məhsulları ilə tanış olublar. Stendlərdə ağac məmulatları, ənənəvi hind qabları, kosmetika və Hindistan istehsalı olan zinət əşyaları nümayiş etdirilir.
Xatırladaq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,82 milyard ABŞ dolları təşkil edib. Bu, 2021-ci ildəki göstərici ilə müqayisədə 40% çoxdur. Hindistan bu il ticarət dövriyyəsinin 2 milyard ABŞ dollarına çatacağını gözləyir.