logo

Ukraynanın NATO-ya qəbulu dünya müharibəsi ilə nəticələnə bilər-Bloomberg

16:16 05-05-2023 | icon 2821
Ukraynanın NATO-ya qəbulu dünya müharibəsi ilə nəticələnə bilər-Bloomberg

Ukraynanın NATO-ya qəbul edilməsi üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər.

YeniAvropa xəbər verir ki, bu fikri "Bloomberg" agentliyinin icmalçısı Andreas Klut söyləyib.

“Ukraynanı NATO-ya qəbul etmək üçün yetərincə əsas var. Lakin bunu etməmək üçün səbəb daha böyükdür. Alyansın nizamnaməsində yer alan təhlükəsizlik zəmanəti ilə bağlı beşinci maddə hazırkı vəziyyətdə Ukraynaya tətbiq edilə bilməz. Eskalasiya ssenarisini qabaqcadan bilmək mümkün deyil”, - deyə Andreas Klut bildirib.

Onun sözlərinə görə, nizamnamənin alyans üzvünün müdafiəsini tələb edən beşinci maddəsi Birinci dünya müharibəsinə səbəb olan daha mürəkkəb ittifaqlar konfiqurasiyasından çox az fərqlənən avtomatizmi ehtiva edir.

Prezident Volodimir Zelenski bir müddət öncə deyib ki, Ukrayna Finlandiya və İsveçin ardından NATO-nun 33-cü üzvü olmalıdır. Dövlət başçısı, həmçinin əlavə edib ki, döyüş əməliyyatlarının davam etdiyi müddətdə Ukrayna alyansa daxil ola bilməz, lakin onun üzvlüyü barədə siyasi qərar üçün əngəl yoxdur.