logo

Paşinyan:Ermənistanın heç bir qonşu dövlətə qarşı ərazi iddiası olmamalıdır

16:36 04-05-2023 | icon 3031
Paşinyan:Ermənistanın heç bir qonşu dövlətə qarşı ərazi iddiası olmamalıdır

Ermənistan bəyan etməlidir ki, heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur və belə bir iddiası da olmayacaq.

YeniAvropa xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı söyləyib.

O, çıxışı zamanı deyib ki, Ermənistan həm iqtisadi, həm demoqrafik nöqteyi-nəzərdən güclənməli və inkişaf etməlidir. Paşinyan deputatlardan birinin “həm də ərazi baxımından” replikasına sərt cavab verib: “Yox!”.

“Bu, bizə dövlətçiliyə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda, dörd tərəf bizim bir dövlət kimi mövcud olmamağımız üçün hər şeyi edəcək. Onlar da bunu edirlər”, - deyə N.Paşinyan vurğulayıb.