logo

Bolqarıstanın baş prokuroruna sui-qəsd olub

19:49 01-05-2023 | icon 3031
Bolqarıstanın baş prokuroruna sui-qəsd olub

Bu gün səhər saatlarında Bolqarıstanın baş prokuroru İvan Qeşevin kortejinin keçdiyi yolda partlayış baş verib, xəsarət alan olmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı brifinqdə açıqlayan Milli İstintaq Xidmətinin rəhbəri Borislav Sarafov hakimiyyət orqanlarının hadisəni terror aktı kimi qiymətləndirdiyini bildirib.

Onun sözlərinə görə, partlayış yerində təxminən 40 santimetr dərinlikdə və üç metr diametrdə çuxur aşkarlanıb. Partlayıcı qurğu hədə-qorxu gəlmək üçün deyil, öldürmək məqsədi ilə quraşdırılıb. Hazırda hadisə yerinə hərtərəfli baxış keçirilir.

"Aydın görünür ki, bu, peşəkarlıqla hazırlanmış və həyata keçirilmiş sui-qəsddir. Baş prokuror və onunla bir avtomobildə olan ailə üzvləri, eləcə də ətrafdakılar möcüzə nəticəsində salamat qalıb. Terror aktı ilə bağlı cinayət işi açılıb”, - deyə istintaqın rəhbəri əlavə edib.

Partlayış baş verən zaman İvan Qeşev zirehli cipdə olub.