logo

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

11:01 28-04-2023 | icon 5509
“Təhsil haqqında” qanuna dəyişiklik edilir

Aprelin 28-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir.

YeniAvropa xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.Bunlar aşağıdakılardır:

1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş),

2. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş),

3. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş),

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).