logo

Gəncədə xəstəxanada yanğın olub,1 qadın xəstə ölüb

11:44 26-04-2023 | icon 2065
Gəncədə xəstəxanada yanğın olub,1 qadın xəstə ölüb

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən YeniAvropa-ya bildirilib ki,ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.