Cozef Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini rəsmən elan edib.
YeniAvropa xəbər verir ki, bu barədə Cozef Bayden özünün "Twitter" hesabında müvafiq videomüraciət yerləşdirib.
“Hər bir nəslin demokratiyanı qoruyacağı anlar olur... Bu səbəbdən prezident seçkilərinə qoşuluram”, - deyə ABŞ-ın hazırkı lideri bildirib.
Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harris də Cozef Baydenlə birgə 2024-cü il seçkilərində iştirak etməyə hazır olduğunu deyib.
“Amerikalılar kimi biz də azadlığa inanırıq və demokratiyamızın onun uğrunda mübarizəyə hazırlığımız kimi güclü olacağına əminik. Məhz bu səbəbdən Cozef Bayden və mən yenidən seçilmək üçün öz namizədliyimizi irəli sürürük”, - deyə Kamala Harris də öz növbəsində "Twitter"də məlumat paylaşıb.