logo

İran vətəndaşından 5,1 kq heroin alan “Miki” saxlanılıb

11:55 25-04-2023 | icon 903
İran vətəndaşından 5,1 kq heroin alan “Miki” saxlanılıb

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb. Üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini Mikayıl Zamanov saxlanılıb. Üzərindən müxtəlif bükümlərdə heroin və marixuana aşkar edilən M.Zamanovun yaşadığı evdən isə 2 ədəd torbada ümumi çəkisi 5 kiloqram 110 qram heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.