logo

Sabirabadda avtoqəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

09:59 25-04-2023 | icon 13657
Sabirabadda avtoqəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Sabirabadda iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərdən biri yanıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

YeniAvropa xəbər verir ki,  qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində baş verib. Nərimankənd kənd sakini Emin Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını və Saatlı rayon Orta Muğan kənd sakini Ramazan Muxtasanovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin gücündən "VAZ 2107" markalı avtomobil yanmağa başlayıb, sürücü Emin Abdullayev və sərnişin, Nərimankənd kənd sakini Elşad Rzayev hadisə yerində ölüblər. "Mercedes" markalı avtomobilin sürücüsü və sərnişinlər, Saatlı rayon Orta Muğan kənd sakinləri Sarıyev Nəbi Elnur oğlu, Cəfərov Rauf Famil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad rayon xəstəxanasına yerləşdiriliblər. Yaralılardan iki nəfərin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.

Hadisə yerinə Sabirabad rayon yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanan avtomobil söndürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.