logo

Şuşada seysmik stansiya quraşdırılacaq

15:13 19-04-2023 | icon 973
Şuşada seysmik stansiya quraşdırılacaq

İyun ayında ölkəmizdə seysmologiyaya dair beynəlxalq konfrans keçiriləcək. Konfrans müddətində Şuşanın Daşaltı kəndində Türkiyənin Azərbaycana verdiyi seysmik stansiya quraşdırılacaq. 

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədə aparılan tədqiqatlara dair keçirilən mətbuat konfransında deyib.

Q.Yetirmişli bildirib ki, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda 10 kompleks stansiya quraşdırılacaq və seysmik, geofiziki, geodinamik tədqiqatlar aparılacaq.