Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynadakı müharibənin çox güman ki, 2024-cü ildə də davam edəcəyini düşünür.
YeniAvropa “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Ben Uolles Vaşinqtonda jurnalistlərlə görüşü zamanı Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan əks-hücuma başlayacağına əminliyini ifadə edib.
“Mən optimist fikirdəyəm ki, bu il və ya gələn il Ukrayna bu istiqamətdə səylərini davam etdirəcək. Lakin, eyni zamanda, realist olmalıyıq: Rusiya sehrli çubuğun bir hərəkəti ilə dağılmayacaq”, - deyə nazir bildirib.
Bir müddət öncə “Newsweek” jurnalı Pentaqonun internetə sızan məxfi məlumatlarına istinadla məlumat yaymışdı ki, ABŞ və müttəfiqləri Ukrayna ordusunu aprelin 30-na planlaşdırılan yaz əks-hücumuna hazırlayır.