logo

Ramazan bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb

15:55 18-04-2023 | icon 3906
Ramazan bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprel ayının 21-i və 22-si Ramazan bayramı günləri müəyyən edilib. Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, aprel ayının 21-24-ü iş günləri hesab edilmir.

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü aprelin 20-si, bayramdan sonra ilk iş günü aprelin 25-dir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü aprelin 20-si, bayramdan sonra ilk iş günü aprelin 24-dür.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.