Slovakiya Ukraynaya “MiQ-29” qırıcı təyyarələrinin verilməsi prosesini başa çatdırıb. Vəd olunan 13 təyyarə artıq Ukraynadadır.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"“MiQ-29” təyyarələri Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna üçün zəruri dayaqdır", - deyə Slovakiyanın müdafiə naziri Yaroslav Nad vurğulayıb.