logo

Rusiya Ukraynada 182 mindən çox hərbçisini itirib

11:11 16-04-2023 | icon 2457
Rusiya Ukraynada 182 mindən çox hərbçisini itirib

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 182 070 hərbçisi məhv edilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 657 tank, 7 083 zirehli maşın, 2 339 operativ-taktiki PUA, 2 795 artilleriya sistemi, 284 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 658 avtomobil və tanker, 326 xüsusi texnikadan ibarətdir.