logo

Sabah Bakıda arabir yağış yağacaq,24° isti olacaq

12:52 12-04-2023 | icon 896
Sabah Bakıda arabir yağış yağacaq,24° isti olacaq

Azərbaycanda aprelin 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 9-13°, gündüz 19-24° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 750 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti, dağlarda gecə 0-4°, gündüz 4-9° isti olacağı bildirilir.