logo

Azərbaycanda 2322 vəkil var

15:11 11-04-2023 | icon 819
Azərbaycanda 2322 vəkil var

Bu gün vəkilliyə 83 namizədin andiçmə mərasimi keçirildi. Beləliklə, Azərbaycanda ilk dəfə vəkillərin sayı 2322 nəfərə çatıb. Hesab edirik ki, bu, böyük uğurdur.

YeniAvropa xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov aprelin 11-də jurnalistlərə müsahibəsində deyib.

“Son illər vəkillik sahəsində aparılan islahatlar bəhrəsini verməkdədir. Bu gün hər bir hüquqşunas vəkil olmaq arzusundadır. Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, insanların hüquq peşəsinə, məhkəmə hakimiyyətinə, vəkil peşəsinə inamını xeyli artırıb”, - deyə A.Bağırov bildirib.

Kollegiya sədri vurğulayıb ki, Azərbaycanda qadın vəkillərin sayı artmaqdadır. Hazırda vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin 20 faizini qadınlar təşkil edir. A.Bağırov qadın vəkillərin sayının gələcəkdə də artacağına ümid etdiyini söyləyib.