logo

"Formula-1"ə görə bu gündən paytaxtda daha bir neçə küçə bağlanır

14:41 11-04-2023 | icon 1505
"Formula-1"ə görə bu gündən paytaxtda daha bir neçə küçə bağlanır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti(BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq "Formula 1 Azərbaycan Qran Pri"sinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

 YeniAvropa xəbər verir ki, bu barədə BŞH Əməliyyat Şirkətinin tikinti işləri ilə bağlı yaydığı açıqlamasında bildirilib.

"Hazırlıqlar çərçivəsində aparılan quraşdırma işləri səbəbindən bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir",-deyə məlumatda qeyd edilib.