Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 240 m² olan sexin sahəsi 44 m² olan otaqlardan birinin dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.Qeyd edilib ki, yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.