Aprelin 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 175 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 112, ikinci doza vaksinlərin sayı 20, üç və daha çox doza vaksinlərin sayı 33, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 10-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 956 min 979, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 408 min 608, ikinci mərhələ üzrə 4 milyon 880 min 157, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 204, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 10-dur.