Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 101 yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 830 min 56 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 403 nəfər müalicə olunaraq sağalıb, 10 min 193 nəfər vəfat edib. Aktiv xəstə sayı 460 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1732, bu günə qədər isə ümumilikdə 7 milyon 564 min 431 test icra olunub.