logo

Ölkənin baş naziri həbs olundu

15:25 05-04-2023 | icon 2576
Ölkənin baş naziri həbs olundu

Bosniya və Herseqovinada iki inzibati vahiddən biri olan Bosniya və Herseqovina Federasiyasının baş naziri Fadil Novaliç həbs edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Bosniya və Herseqovina Məhkəməsi koronavirus pandemiyası dövründə təxminən 5 milyon avro müqabilində 100 ədəd süni tənəffüs aparatının alınması prosesi zamanı inzibati vahidin hökuməti tərəfindən qanun pozuntularına yol verildiyini aşkarlayıb. İki illik məhkəmə prosesindən sonra qanunsuzluqlara yol verdiyinə görə F.Novaliç 4 il, inzibati vahidin sabiq mülki müdafiə naziri Fahrudin Solak 6 il, “Srebrene Maline” şirkətinin sahibi Fikrət Hodziç isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. F.Novaliç, F.Solak və F.Hodziç vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması və sənəd saxtakarlığı kimi bir sıra cinayətlərdə təqsirli biliniblər.

Bu cinayət işi üzrə mühakimə edilənlər arasında olan Bosniya və Herseqovina Federasiyası hökumətinin maliyyə naziri Jelka Miliçeviç isə təqsirli bilinməyib.

Xatırladaq ki, Fadil Novaliçə qarşı ötən ilin oktyabrında ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən sanksiyalar tətbiq edilib.