Aprelin 5-də Ukrayna prezidenti və birinci xanımı Polşaya rəsmi səfər edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, əvvəlcə Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski və Anjey Duda arasında təkbətək görüş keçirilib. Ardından rəsmi nümayəndə heyətlərinin görüşü keçiriləcək.
Bildirilir ki, danışıqlar təhlükəsizlik siyasətindən başlayaraq Polşa-Ukrayna münasibətlərinin bütün spektrini əhatə edəcək, çünki Ukrayna Rusiyanın genişmiqyaslı təcavüzünə qarşı mübarizənin ortasında yer alır.
Səfər çərçivəsində ikitərəfli sənədlər imzalanacaq. Ukrayna Prezidenti, həmçinin Baş nazir Mateuş Moravetski və Polşa biznes dairəsinin nümayəndələri ilə görüşəcək. Bundan başqa Volodimir Zelenskinin polyaklara və ukraynalılara müraciət nitqi də gözlənilir.