logo

Bakıdakı 331 saylı məktəbə direktor axtarılır

16:56 03-04-2023 | icon 4431
Bakıdakı 331 saylı məktəbə direktor axtarılır

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan Bakı şəhəri 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

İdarədən YeniAvropa-ya bildirilib ki, sənəd qəbulu 4-11 aprel tarixlərini əhatə edəcək.

Müraciət etmək istəyən şəxslər müvafiq sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, ali təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) BŞTİ-nin İnsan resursları sektoruna (Əlaqə: 146-1 (daxili: 6021)) təqdim edə bilərlər.

Şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisəsinə direktor vəzifəsinə işə qəbul test və müsahibə yolu ilə həyata keçiriləcək.