logo

Ukrayna əks-hücuma hazırlaşır-Zelenski

15:35 03-04-2023 | icon 1449
Ukrayna əks-hücuma hazırlaşır-Zelenski

Ukraynanın müdafiəçiləri əks-hücum və işğal olunmuş torpaqların azad edilməsinə hazırlıq görürlər. Əgər işğalçılar Ukraynanı tərk etməsələr, onları məhv edəcəyik.

YeniAvropa "Ukrinform" informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Yaqodnoe yaşayış məntəqəsinə səfəri zamanı jurnalistlərə müsahibəsində deyib. O qeyd edib: “Bizim cəbhədə irəliləyiş əldə etməmizə gəldikdə, mən çox konkret addımlara haçan hazır olmağımızla bağlı bir şey deyə bilmərəm”. Ukraynanın dövlət başçısı əlavə edib ki, müdafiə qüvvələri döyüşdə güclü olmağa və öz torpaqlarını azad etməyə hazırlaşır.

Volodimir Zelenski vurğulayıb: “Mən konkret məsələlər barədə danışmaq istəmirəm, çünki biz Rusiya Federasiyasından olan terrorçulara öz metodlarımıza və işğaldan azad etmək üzrə atacağımız addımlara hazır olmağa imkan verə bilmərik. Lakin biz bunu edəcəyik və onlar bunu bilməlidir. İşğalçıların hələ işğal etdikləri ərazilərdən çıxmağa vaxtları var, əks halda, biz onları məhv edəcəyik”.