logo

Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub

16:16 31-03-2023 | icon 2709
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 829 min 724 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 156 nəfər müalicə olunaraq sağalıb, 10 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 386 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 792, bu günə qədər isə ümumilikdə 7 milyon 558 min 593 test icra olunub.