logo

Lukaşenko Rusiya qoşunlarını Belarusa yerləşdirdi

15:15 31-03-2023 | icon 2044
Lukaşenko Rusiya qoşunlarını Belarusa yerləşdirdi

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ordusunun ölkəsində onun təşəbbüsü ilə yerləşdiyini deyib.

YeniAvropa xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko Belarus xalqına və parlamentə müraciətində deyib.

“Vladimir Putin Belarusu işğal edib deyərək, insanları qorxutmaq lazım deyil. Belarus ərazisində yerləşən bu qoşunları mən idarə edirəm. Mən onları bura təlim keçmək, hazırlamaq və təchiz etmək və Allah eləməsin, lazım gələrsə, birgə fəaliyyətə öyrətmək üçün gətirmişəm”, - deyə Belarus prezidenti bildirib.

Aleksandr Lukaşenkonun sözlərinə görə, ötən ilin payızından bəri Rusiya Silahlı Qüvvələri Belarus poliqonlarında rotasiya əsasında yerləşib. Hərbçilər döyüş hazırlığı ilə məşğul olur. Onlar ümumi müdafiə sahəsinin qorunması üzrə birgə fəaliyyətə hazır vəziyyətdədir. Rusiya ordusunun hissələri 500 belaruslu zabit ilə birgə təlim keçir.