logo

Prezidentin təyyarəsindən mülki aviasiyada istifadə olunacaq

13:13 31-03-2023 | icon 1953
Prezidentin təyyarəsindən mülki aviasiyada istifadə olunacaq

Kolumbiyanın dövlət başçısı Qustavo Petro prezident təyyarəsinin və Hərbi Hava Qüvvələrinin təyyarə parkının iflasa uğrayan “Viva Air” və “Ultra Air” aviakompaniyalarının hava limanlarında qalan sərnişinlərini daşımaq üçün istifadə olunmasına göstəriş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Kolumbiya prezidenti özünün "Twitter" hesabında məlumat paylaşıb.

Qustavo Petro, həmçinin prezident təyyarəsindən böhran şəraitində istifadə olunması üçün bütün səfərlərdən imtina etdiyini bildirib. “Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi ilə birgə aviasiya sahəsində yaranan fövqəladə vəziyyətlə mübarizə aparmaq üçün lazımi tədbirləri nəzərdən keçiririk”, - deyə dövlət başçısı sözlərinə əlavə edib.

Fevralın sonlarında Kolumbiyada aviadaşımaların 15 faizini yerinə yetirən “Viva Air” kompaniyası iqtisadi problemlər səbəbindən fəaliyyətini dayandırdığını elan edib. Martın 29-da isə ölkə bazarında səkkiz faiz paya sahib olan “Ultra Air” heç bir xəbərdarlıq etmədən işini dayandırıb. İki aviakompaniyanın bazardan eyni vaxtda çıxması Kolumbiya aeroportlarında xaos yaranmasına səbəb olub.