Müdafiə Nazirliyi:İranın ittihamı əsassız və tamamilə qəbuledilməzdir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin ölkəmiz əleyhinə səsləndirdiyi çirkin iftira və böhtan xarakterli fikirlərlə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, K.Heydəri cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O, eyni zamanda, İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.
“İlk öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.
K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə, bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır.
Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır.
44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək Zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
İlham Əliyev Moldovaya işgüzar səfər edib
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında iştirak edib-YENİLƏNİB
İsrailin Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubu ünvanlayıb
Milli Məclis ötən ilin dövlət büdcəsinin icrasını I oxunuşda qəbul edib
AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb
Prokurorluq Abşeronda fəhlənin iş yerində ölməsini araşdırır
Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir
Milli Məclis yaz sessiyasında sonuncu iclasını keçirir
UEFA Avropa Liqası: Bu gün qalib müəyyənləşəcək
İlham Əliyev ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi bəlli olub
İrandan Azərbaycana 50 kq narkotika gətirən şəxs saxlanıldı
Dünya çempionatı:Bu gün daha 3 taekvondoçumuz mübarizəyə başlayır
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Azərbaycan nefti 76,72 dollara satılır
Biləsuvarda sel gələn ərazilərdə əməliyyat şəraiti tam nəzarət altındadır
Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb
Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
Selə görə təxliyə olunan 3 kəndin sakinləri evlərinə qayıdıb-FHN
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb
Biləsuvara sel gəlib,3 kəndin sakinləri təxliyə olunub