logo

Əlixan Smayilov yenidən Qazaxıstanın baş naziri təyin edilib

13:33 30-03-2023 | icon 1960
Əlixan Smayilov yenidən Qazaxıstanın baş naziri təyin edilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Əlixan Smayilovu yenidən baş nazir vəzifəsinə təyin edib. O, 2022-ci ilin yanvarından respublika hökumətinə rəhbərlik edir.

YeniAvropa xəbər verir ki, bundan öncə Məclis(parlamentin aşağı palatası) səs çoxluğu ilə Əlixan Smayilovun baş nazir vəzifəsinə namizədliyinin təsdiq edilməsinə razılıq verib.

Martın 29-da dövlət başçısı Nazirlər Kabinetinin yeni heyəti təsdiq olunana qədər hökumət üzvlərinin vəzifələrini icra etmələri barədə fərman imzalayıb. Bundan sonra prezident siyasi partiyaların Məclisdəki fraksiyaları ilə məsləhətləşmələrdən sonra baş nazir postuna öz namizədini irəli sürüb.

Əlixan Smayilov müxtəlif illərdə Qazaxıstanın maliyyə naziri və prezidentin köməkçisi işləyib. 2020-ci ilin mayında isə baş nazirin birinci müavini vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, martın 19-da Qazaxıstan Məclisinə seçkilər keçirilib. Ölkə konstitusiyasına əsasən, hökumət Məclisin yeni heyəti qarşısında səlahiyyətini təhvil verir və dövlət başçısı Nazirlər Kabinetinin rəhbəri postuna namizədini irəli sürür.