logo

Bu gün İsraildə Azərbaycan səfirliyinin rəsmi açılışı olacaq

10:50 29-03-2023 | icon 1960
Bu gün İsraildə Azərbaycan səfirliyinin rəsmi açılışı olacaq

Martın 29-u Yerusəlim şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Kohen arasında görüş başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün "Twitter" hesabında məlumat paylaşıb.

Onun sğzlərinə görə təkbətək görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki,bu gün İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. İsraildə ölkəmizin ilk diplomatik nümayəndəliyinin açılışı tarixi hadisə kimi dəyərləndirilir.

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək.