Beynəlxalq Cinayət Məhkəməsi(BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
YeniAvropa xəbər verir ki, bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda bildirilib.
Qeyd olunub ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.
Əlavə edilib ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.
Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsinə order verdikdən sonra Rusiya prezidenti Vladimir Putinlə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.