logo

İranda bir gündə ikinci dəfə zəlzələ olub

22:44 16-03-2023 | icon 2555
İranda bir gündə ikinci dəfə zəlzələ olub

İran ərazisində yenidən zəlzələ olub.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki,  5,2 bal gücündə qeydə alınan yeraltı təkanların episentri 175 min insanın yaşadığı Xoy şəhərindən 27 km cənub-şərqdə yerləşib, ocağı 61 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.