Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılacaq
Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ xalq artisti, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 76-ci ili tamam olur.
Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, bu münasibətlə birinci Fəxri xiyabanda nazirliyin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarını ziyarət edəcək, onun milli musiqimizin inkişafındakı xidmətlərindən söz açacaqlar.
Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilib. Sənətə vurğunluğu, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıdıb. Xalqına bağlı olan bu böyük sənətkar dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandıra bilib.
1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olan sənətkarın babası Müslüm Maqomayev Azərbaycan bəstəkarlıq və dirijorluq məktəbinin qüdrətli sənətkarlarından biridir. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan sənətkara C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı böyük şöhrət qazandırıb.
Müğənninin ifasında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tutur. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanmış sənətkarlardandır. Azərbaycan estrada ifaçılığı sənətini xaricdə yüksək səviyyədə dəfələrlə təmsil etmiş müğənni 1969-cu ildə Sopot Beynəlxalq Mahnı Müsabiqəsində, Kannda keçirilən “Qızıl val” müsabiqəsində birinci mükafata və laureat adına layiq görülüb.
Müslüm Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa, İran və bir çox başqa ölkələrdə uğurla çıxış edib. O, həm Azərbaycan, həm keçmiş SSRİ-nin respublikalarında keçirilən dövlət əhəmiyyətli tədbirlərin, mədəniyyət günlərinin, qurultay və plenum çərçivəsində keçirilən konsertlərin daimi iştirakçısı olub. Müslüm Maqomayev haqqında “Oxuyur Müslüm Maqomayev” filmi çəkilmiş, müğənni özü “Nizami” bədii filmində baş rolda çıxış edərək dahi Azərbaycan şairinin özünəməxsus, yaddaqalan obraz yaradıb. Onun müəllifi və ifaçısı olduğu “Mavi əbədiyyət”, “Təntənəli mahnı”, “Mənim Azərbaycanım” nəğmələri Azərbaycan estrada mahnısı irsinin parlaq nümunələri kimi səslənir.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub