logo

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb

12:32 13-03-2023 | icon 15365
Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin(FHN) yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

 YeniAvropa xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.